Uşağının xəstəliyindən yazan ananın kitabı təqdim olunub

 

"Libraff" kitab mağazasında "Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt" kitabının təqdimatı keçirilib.

APA TV-nin məlumatına görə, Ellen Notbohm adlı qadın övladının xəstəliyi ilə bağlı kitab yazıb. Kitabı ingilis dilindən Pərviz Talıblı tərcümə edib. Nəşrin ixtisas redaktoru isə klinik-psixoloq Narınc Rüstəmovadır.

 

Narınc Rüstəmova bildirib ki, bu kitabın nəşri və mütailəsi Azərbaycanda olduqca vacibdir: "Bu kitabın digərlərindən fərqi odur ki, kitab nə elmi, nə də bədii kitabdır. İlk dəfə övladına autizm diaqnozu qoyulanda ananın yaşadığı hisslər, sonda qalib olması öz əksini tapıb. Kitabda psixoloqla, mütəxəssislərlə iş aparılarsa, belə uşağın necə uğur qazanacağı göstərilir. Kitab göstərir ki, bir insan istəyərsə, erkən diaqnozla ruhdan düşmədən çalışmaqla yaxşı nəticələr əldə edə bilər”.

“Autizmlə ilk tanışlığından danışan Respublika Narkoloji Dispanserin baş həkimi, psixiatr Araz Mənuçehri isə bildirdi ki, müasir dövrümüzdə autizmli uşaqların cəmiyyətə inteqrasiyası mümkündir. Bunun üçün yüksək iradə və səbr kifayətdir.

Psixoloq Elnur Rüstəmov isə autizmdən əziyyət çəkən uşaqlarların valideyinlərinin kitabı oxuduqdan sonra övladları ilə necə davranmaq lazım olduğunu daha aydın biləcəklərini deyir:

 

Qeyd edək ki, "Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt" kitabı "TEAS Press" Nəşriyyat Evində çap olunub.

Müəllif | Apa.Tv
Apa.tv