Uşaq xəstəxanasının həyətindən körpə meyiti tapıldı – APA TV
Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb. Meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.
Körpənin 6-7 həftəlik olduğu təxmin olunur. Meyit ərazidən götürülərək təhvil verilib.
Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, prokurorluq Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyitinin tapılması faktını araşdırır.
XƏDİCƏ SƏXAVƏT