Uşaqlar arasında yayılan naməlum xəstəlik əslində nədir?
Hazırda hər il təkrar olunan mövsümü qrip infeksiyasının pik həddini yaşayırıq. İnfluenza-a, b ştamları var. Hazırda uşaqlarda müşayiət olunan qripin məhz bu ştamlarıdır.
APA TV xəbər verir ki, bunu pediatr Günay Rəsulova son günlər uşaqlar arasında geniş yayılmış qızdırma, öskürəklə müşayiət olunan virusdan danışarkən deyib.
Onun sözlərinə görə, bu, ən çox əzələ ağırları və hərarətlə müşayiət olunan mövsümü bir virusdur: “Bunun üçün test edirik. İnfulenza-A bir gündə 8 uşaqda müşayiət olunur, hazırda. Bu virus hazırda ən çox bağçaya və məktəbə gedən uşaqlar arasında yayılıb. Eyni zamanda kütləvi yerlərdə uşaqların da çox təşkil etməsi virusun pik həddə çatması ilə nəticələnib. Bu virus boğaz ağrısı, stafilokok kimi xəstəliklərin əlamətlərini özündə birləşdirir. Əvvəllər uşaqlarda COVID üst tənəffüs yollarının infeksiyasına tez-tez rast gəlinirdi, indi isə sadaladığı əlamətləri özündə əks etdirən influenza-a və b ştammı üstünlük təşkil edir. Adonovirus infeksiyası da hazırda çox yayılıb, gözdə konyuktivit, öskürək və qızdırma, qusma və ishal halları məhz bu virusa aiddir.
Evdə yoluxma halarına dad aha çox rast gəlinir?
- Bilirsiniz necədir, uşaq evdədir. Amma evə gələn var, eyni zamanda bayram ərəfəsi qonaqların çox olması və yaxud valideynlərin, qohum əqrəbanın gedib gəlməsi belə uşağı yoluxdura bilər. Biz dəfələrlə valideynlər müraciət etmişik, COVID infeksiyası hələ davam edir, uşaqları kütləvi yerlərdən çəkindirin. Çünki azyaşlılar maskadan istifadə belə edə bilmirlər. Sosial izolyasiya vacibdir”.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyi də bu gün uşaqlar arasında son günlərdə kütləvi şəkildə yayılmış virus xəstəlikləri artmasına münasibət bildirib
Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev APA-ya açıqlamasında bildirib ki, xəstəliyin simptomları burun axıntısı, boğaz ağrısı, öskürək, yüksək hərarətdir: “Bunlar virus xəstəliklərinin ortaq şikayətləridir. Hazırda pandemiya dövründə yaşadığımız üçün koronavirusun da bu xəstəliklər arasında yeri var. Son iki həftədə, bayramla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı yoluxma saylarında artım ola bilər”.
Həkim qeyd edib ki, valideynlər bu simptomlar müşahidə edilən uşaqları bağça, məktəbə göndərməkdən çəkinməlidirlər: “Həmçinin onların digər uşaqlarla təması məhdudlaşdırılmalıdır. Temperatur düşmürsə, halsızlıq, süstlük varsa, həkimə müraciət etsinlər”.