Uşaqlara ən çox bu adlar verilib

2022-ci ildə doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə ən çox Uğur, Əli, Hüseyn, Yusif və Məhəmməd adı verilib.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, qadın cinsindən olan körpələrə isə Zəhra, Aylin, Məryəm, Zeynəb və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv