Uşaqlara oruc tutmaq olarmı? - APA TV
11 ayın sultanı olan Ramazanda böyüklərlə yanaşı uşaqlar da oruc tutmaq istəyirlər. Buna onları bəzən valideynləri məcbur edir, bəzən də öz istəkləri ilə edirlər. Ancaq bu addım onların səhhəti üçün uyğun olmaya bilər. Bəs, orqanizmi inkişaf dövründə olan azyaşlılara oruc tutmaq olarmı?
Qida mütəxəssisi Məshəti Hüseyov bildirir ki, yaşından asılı olmayaraq oruc tutan hər kəs mütləq həkim məsləhəti almalıdır. Qida mütəxəssisi onu da qeyd etdi ki, bəzən orucu arıqlamaq vasitəsi kimi istifadə edənlər var. İlahiyyatçı Tural İrfan uşaqların oruc tutub, namaz qılmaq istəyinin dəstəklənməli olduğunu bildirir. Mütəxəssislər bildirir ki, 6 yaşadək olan uşaqlar sahur yeməyinə qaldırıla və onlara 2-3 saatlıq və ya yarım günlük oruc tutdurula bilər. Bu zaman onları bütün günü oruc tutmuş kimi təbrik etmək lazımdır. 7-10 yaşlı uşaqlar isə səhhətlərində problem yoxdursa, bir neçə gün oruc tuta bilərlər. 11-14 yaşlı uşaqlarda isə vəziyyət fərqlidir. Əgər bu yaşda olan uşaqlar oruc tutmaq istəyərlərsə, bu istəyə ciddi yanaşmaq lazımdır. Çünki cəmi bir-iki il sonra onlara oruc tutmaq vacib olacaq. Ona görə də bu yaşda olan uşaqlara oruc barədə ətraflı məlumat verilməlidir.
SÜNBÜL HÜSEYNOVA VÜSAL BAYRAMOV APA TV