ÜST: Koronavirusdan 4083 nəfər ölüb
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son məlumatı yayıb.
APA TV xəbər verir ki, martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb.
Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir.
Məlumatda qeyd edilib ki, indiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır.
Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.