ÜST koronavirusla bağlı son məlumatları açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son məlumatı açıqlayıb.

 

APA TV xəbər verir ki, təşkilatın bu günə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

 

Ümumi yoluxanların sayı 198 543, yeni yoluxanların sayı 326 nəfərdir.

 

Bildirilib ki, indiyədək yeni koronavirusdan 7 988 nəfər ölüb. Xəstəliyə yoluxanlardan 82 779 nəfər sağalıb ki, onlardan 1100 nəfəri yeni sağalanlardır.

Müəllif | Apa.Tv
Apa.tv