ÜST-ün iki əməkdaşı da koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının iki əməkdaşı COVID-19 virusuna yoluxub.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün mətbuat xidmətinin rəhbəri Kristian Lindmayer deyib.

 

Onun sözlərinə görə, qurumun iki əməkdaşının COVID-19-a yoluxduğu təsdiqlənib. Onlarda yoluxma halı martın 12 və 13-də bəlli olub.

 

Kristian Lindmayer qeyd edib ki, koronavirusa yoluxan şəxslər təcrid olunub və onların əlaqə saxladığı şəxslər müəyyənləşdirilib yoxlanılır.

 

Xatırladaq ki, martın 11-də ÜST COVID-19-u pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 160 mindən çox insan artıq bu virusa yoluxub, yoluxanların əksəriyyəti sağalıb, virusa yoluxmuş 6 mindən çox insan isə dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv