ÜST yaya qədər normal həyata qayıtmağın yollarını açıqladı

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığı ilə keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində ÜST-ün Azərbaycan Nümayəndəliyi tərəfindən Yeni Klinikada sertifikatların təqdimatı və təhvil-təslim tədbiri keçirilib.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı açıqlamasında bildirib ki, yay aylarına qədər bütün lazımi tədbirləri görsək, peyvəndlənmə faizlərini artırsaq, daha normal həyata keçməyimiz mümkün olacaq: “Azərbaycanda peyvəndlənmə prosesi yüksək şəkildə olduğu üçün ölümlərin sayı da çox olmadı. Digər vurğulamaq istədiyim bir uğur isə Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci ilin sonunda əhalinin peyvəndlənməsi üçün  qoyduğu hədəf 40% idi, lakin 47 % ilə bu hədəfi keçmiş olduq”.

 

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov isə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan səhiyyəsinə verdiyi dəstəkdən söz açıb: “Artıq uzun müddətdir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan səhiyyəsinə kifayət qədər dəstək verib. Bu dəstək xüsusilə pandemiya dövründə tibb müəssisələrində həm təsisat cəhətdən, həm də təslimat cəhətdən də dəstəyini əsirgəmir. Bu müddət ərzində tibb işçilərimiz təlimlərdə iştirak edib”.

 

Tədbirdə həmçinin hər iki layihə çərçivəsində ötən il ərzində COVID-19 pandemiyası ilə mübarizə istiqamətində görülmüş işlər və əldə olunmuş əsas nailiyyətlər təqdim edilib.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv