Usta işlədiyi evdən 15 min manatlıq qızıl oğurladı - ŞAMAXIDA
Şamaxıda mənzildən oğurluq edən şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı şəhəri, Hüseyn Cavid küçəsi ev 19A, mənzil 2 ünvanında yaşayan Mustafa Mamedzadə polis şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 14 min 650 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayonunun Muradbəyli kəndindən olan məcburi köçkün, Şamaxıda yataqxanada məskunlaşan, 1995-ci il təvəllüdlü Ruslan Nağıyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, usta kimi həmin evdə istilik sistemini təmir edərkən yataq otağından qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV