Üstündən və evindən tiryək, heroin, metamfetamin aşkarlandı - LƏNKƏRANDA NARKOTACİR SAXLANDI

Lənkəranda narkotacir saxlanılıb.

APA TV- nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nahid Nurullayev saxlanılıb. Onun üzərində keçirilən şəxsi axtarış zamanı 14 qram tiryək, 10 qram heroin və 1 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Bu zaman 1 kiloqram tiryək, 895 qram qurdulmuş marixuana, 28 qram heroin, 1,6 qram metamfetamin və elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv