Üzərində silah gəzdirən Gəncə sakini tutuldu
Gəncə sakinindən odlu silah götürülüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Emin Məmmədov saxlanılıb.
DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, ondan silaha aid patronlar götürülüb: “Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolyer” markalı tapança, həmin tapançaya aid 16 ədəd atəşə yararlı 9 mm kalibirli patron aşkar edilərək götürülüb”.
Saxlanılan şəxs oldu silahı aylar əvvəl tapdığını və düşməni olduğu üçün üzərində gəzdirdiyi deyib: “Evimizin yanında yarım tikili var, oradan tapmışam. Üzərimdə gəzdirməkdə, düşmənliyəm ona görə gəzdirirəm. Özümü müdafiə etmək üçün gəzdirirəm”.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu
Mehid Məmmədov
APA TV