Üzərində silah və narkotik gəzdirən Masallı sakini yaxalandı

Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanan Zaman Nuriyevin üzərinə baxış zamanı ondan 1 ədəd atış üçün yararlı "Walter P38" modelli tapança, həmin silaha aid patron darağı və 5 ədəd patron

 

Müstəntiq Şahbala Salmanov deyir ki, saxlanılan şəxsin üzərindən narkotik vasitə olan heroin də aşkar edilib: Zaman Nuriyevin üzərinə baxış keçirilən zaman, əlavə olaraq 1 ədəd sellofan paketdə ümumi təmiz çəkisi 5,126 qram olan heroin aşkar edilərək götürülmüşdür.

 

Faktla bağlı cinayət işi başlanılıb və Zaman Nuriyev barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv