Üzünü qırxan kişiQƏFİL ÖLDÜ

Şəmkir rayonunda ölüm hadisəsi baş verib.  

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, rayon sakini 40 yaşlı Elbrus Tahir oğlu Abdulrəhmanov yaşadığı evin hamamında üzünü qırxarkən yıxılıb.

 

O. ailə üzvlərinin köməkliyi ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına aparılsa da, orada Elbrus Abdulrəhmanovun öldüyü məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv