Vaksinasiya prosesindəki neqativ hallara görə daha 2 nəfər işdən kənarlaşdırılıb

Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib.

 

Səhiyyə Nazirliyindən APA TV-yə bildirilib ki, araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib.

Müəllif | Apa.Tv
Apa.tv