Valideyn nəzarətsiz qoydu, üzərinə şkaf aşdı - 4 YAŞLI UŞAQ DÜNYASINI DƏYİŞDİ

Şirvanda faciəli hadisə baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Hüseynova Günay Yusif qızının üzərinə şkaf aşıb.

Kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində 4 yaşlı uşaq vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv