Valideynlərdən dəhşətli addım: 8 aylıq əkizləri ac saxladılar
Moskvanın Plexanov küçəsində mənzillərin birinə gələn prokurorluq işçiləri dəhşətli mənzərə ilə qarşılaşıblar.
APA TV Lent.az-a istinadən xəbər verir ki, onlar zibil içində olan mənzildə 8 aylıq ac qalmış əkizləri tapıblar.
Xəstəxanaya yerləşdirilən uşaqların uzun müddətdir qidalanmadığı aşkar olunub. Körpələrin vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırmalar zamanı məlum olub ki, onları valideynləri atıb gedib.