Valideynlərin nəzərinə: “Körpənizdə bu simptomlar varsa, tələsin!”
Körpələrdə depressiya müşahidə olunur. Belə xəbərlərlə hər birimiz rastlaşırıq deyə mövzunu araşdırdıq. Hələ özünü, varlığını, ətrafı başa düşməyən körpələr necə olur ki, depressiyaya düşürlər? Psixoloqların fikrincə, ananın uzun müddət övladından uzaq qalması körpəlik depressiyasına səbəb olur. Belə çıxır ki, körpələrin depressiyaya düşmələri və həyata gələcək yanaşmaları bilavasitə valideyndən asılıdır. Psixoloq sonda qeyd edib ki, bu məsələ ailələr üçün diqqət mərkəzində olmalıdır. Əks halda, gələcəkdə körpələrin sosiallaşma, özünümüdafiə bacarıqsızlığı və başqa problemlərlə üzləşməsi qaçılmazdır. Körpələrdə depressiyanın aradan qaldırılması üçün ailə üzvləri körpəni dinləməli, duymalı və dəstək olmalıdır. Sağlam qidalanma və yuxu rejiminə diqqət yetirilməlidir. Ən əsası isə vaxtında mütəxəssisə müraciət etmək lazımdır ki, düzgün diaqnoz qoyulsun. Aygün Carçıyeva, Vüsal Bayramov, APA TV