Vaqif Əsədov vəzifəsindən azad edildi - SƏBƏB 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov vəzifəsindən azad edilib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovniki Vaqif Əsədov daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv