Vardanyanın yerinə kim gəlir? - Paşinyan Münxen görüşündən sonra hərəkətə keçdi
Ruben Vardaynın yerinə Qurgen Nersisyan gətirilir. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Qeyd olunub ki, Xankəndidəki separatçı rejim dəyişikliyə hazırlaşır və qondarma dövlət naziri Ruben Vardanyanın yerinə qurumun dırnaqarası Baş prokuroru Qurgen Nersisyan gətirilir. Nəşr onu da bildirib ki, separatçıların lideri Arayik Arutyunyan fevralın 23-də xüsusi müraciətlə Nersisyanın yeni vəzifəsini elan edəcək.
Sitat: “Arayik Arutyunyan öz müraciətində Ruben Vardanyanın dövlət naziri vəzifəsindən azad edilməsini elan etmək niyyətindədir, təbii ki, bəzi dönüş prosesləri baş verməsə. Arutyunyan bunu fevralın 17-də elan etmək istəyirdi, lakin fevralın 20-də Qarabağ hərəkatının 35-ci ildönümü qeyd edildiyindən təyinat təxirə salındı. Sitatın sonu
Qəzetdə o da bildirilib ki, Arayikin dəvəti ilə Qarabağa gətirilən Ruben Paşinyanın təzyiqləri ilə vəzifədən uzaqlaşdırılır və bu Ermənistan tərəfindən Qarabağdakı separatçılar qarşısında qoyulmuş şərtdir. Ruben Vardanyanın Laçın Xankəndi yolunda başlayan aksiyadan sonra çıxışlarında Ermənistan hakimiyyətini dəfələrlə tənqid etməsi Paşinyanın və onun hökumətini narazı salıb – deyə nəşrdə vurğulanıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Münxendə “Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı “Qarabağın erməni icması ilə kommunikasiya o halda başlaya bilər ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin” demişdi.
“Hraparak” dərgisində da qondarma hökumət daxilində dəyişiklərin ediləcəyi barədə məlumat yer alıb. Məlumata görə, separatçı hökumətin tərkibində yeni komitə yaranır ki, buna da Tiqran Petrosyan rəhbərlik edəcək. Qeyd olunub ki, o, müxtəlif məsələlərin müzakirəsini keçirərək, prezindent səlahiyyətlərinin bir hissəsini yerinə yetirəcək. Nəşr bildirir ki, siyasi dairələr bu komitəni Operativ Qərargah rolunu oynayacağını düşünürlər. Bu da Vardanyan tərəfindən yaradılmış eyni adda quruma alternativ deməkdir.
Nəşrdə yeni yaradılacaq qərargahın tərkibi də qeyd olunub. Siyahıda Tiqran Petrosyanın, Artur Osipyanın, keçmiş səhiyyə naziri Mikael Hayriyan və başqalarının adları var”, - deyə “Hraparak” yazıb.