Vasif Talıbov “Şərəf” ordeni ilə təltif olundu
Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilib.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, sabah Vasif Talbovun 60 yaşı tamam olur.