Vasif Talıbovun istefasının səbəbi açıqlanıb - RƏSMİ

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması ilə bağlı məsələ salınıb.

 

Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, sədr Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.Qərar səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vurub.

 

"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq", - deyə o qeyd eləyib.

 

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv