Vaşinqton Avropanın silahla təchizatını sürətləndirir
ABŞ NATO-nun şərq cinahını gücləndirmək üçün Polşa və Latviyaya kütləvi şəkildə silah ötürür.
APA xəbər verir ki, döyüş maşınları Hollandiyanın Vlissingen limanına çatdırılır. Oradan alyansın şərq cinahını gücləndirmək üçün Polşa və Litvaya göndəriləcək.
Amerika tərəfdən əməliyyata məsul polkovnik Robert Kellam limana təxminən 1250 hərbi texnika gələcəyini bildirib.
Polşa və Latviyaya “M-1 Abrams” tankları və “Bradley” döyüş maşınları çatdırılacaq.