Vaxt və zəhmət tələb edən bu sənət yox olmaq təhlükəsi ilə üzüzədir
Müasir dövrdə bəzi peşələr var ki, artıq unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə qədim peşələrdən biri də dülgərlik sənətidir. Ancaq Lənkəran şəhər sakini Fəzail Şahverdiyev bu sənətin unudulmaması üçün əlindən gələni edir. Uşaq vaxtlarından dülgərlik sənətinə marağı olan usta, artıq 30 ilə yaxındır ki, bu işlə məşğuldur. Deyir, dülgərlik sənəti zəhmət, diqqət və böyük bir səbir tələb edir. Fəzail usta mətbəxdə istifadə olunan qablar, güldanlar, quş yuvaları və digər ev əşyaları hazırlamaqla məşğuldur. Onun taxtadan yaratdığı müxtəlif məişət əşyaları həm yerli sakinlərin, həm də bölgəyə gələn xarici turistlərin diqqətini çəkir.