Epilepsiya xəstəsi qəza törətdi - ÖZÜ VƏ ARVADI...
Gəncədə avtoqəza baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq çınara çırpılıb.
Nəticədə sürücü - 47 yaşlı Rövşən Telman oğlu Nəbiyev və onun həyat yoldaşı - 45 yaşlı Natavan Qaraxan qızı Muradova xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Sürücünün epilepsiya xəstəsi olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.