"VAZ 2107" əvvəlcə mikroavtobusa sonra "Land Cruiser"-ə çırpıldı - 5 NƏFƏR XƏSARƏT ALDI
Qazaxda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı Qazax Gürcüstan avtomagistral yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Yüksək sürətlə idarə olunan “VAZ 2107“, marakalı minik maşını"Mercedes" markalı mikroavtobusa sonra Land Cruiser" ə çırpılıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə hallar nazirliyinin Dövlət yanğından Mühafizə idarəsinin əməkdaşları cəlb olunub “VAZ 2107“-də qalan 3 nəfər deformasiyaya uğrayan avtomobildə çıxarılıb, 5 nəfər isə xəstəxanaya aparılıb .
Onlar 29 yaşlı Vüqar Bənnayev, 31 yaşlı Afiq Carciyev, 30 yaşlı Qorxmaz Murquzov və 30 yaşlı İkram Qocayev və 10 yaşlı Təranə Məmmədovadır. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.