“VAZ” markalı avtomobillərlə avtoxuliqanlıq edən iki sürücü yaxalandı
Şəmkirdə yüksək sürətlə avtomobil idarə edib özlərini və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan iki sürücü saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları qəsəbənin Səməd Vurğun yaşayış massivində xidmət aparan zaman Raqif Abbasovun “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq etdiyini müəyyən ediblər. Dərhal sürücü saxlanılaraq şöbəyə gətirilib. O, həmin vaxt əsəbi olduğunu və əməlinə görə səmimi peşmançılıq keçirdiyini bildirib: “Saxla işarəsi verdilər saxlamadım. Sürdüm çıxdım getdim, sonrada çağırdılar cəzamı aldım. Yəni bilmirdim belə ola bilər. İndidə peşmançılıqdır”.
Yol polisi avtoxuliqnalıq edən digər bir şəxsi isə Şəmkir-Gədəbəy yolunda aşkarlayıblar. Rayon sakini Kənan Hüseynovun barəsində toplanan materiallar baxılması üçün məhkəməyə təqdim olunub: “Şəmkir rayon sakini Kənan Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Şəmkir-Gədəbəy yolu ilə hərəkətdə olan zaman avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb. Dərhal həmin avtomobil sahibinin yaşadığı ünvan müəyyən edilərək rayon polis şöbəsinə dəvət olunub. Onun barəsində qanunamavafiq tədbir görülüb”.
Hər iki sükan sahibi bir il sürücülük hüququndan məhrum edilməklə sutkalıq həbs cəzası alıblar.
Fuad Nazimoğlu
Mehid Məmmədov
APA TV