“Veb-kamera quraşdırılan seçki-məntəqələrinin siyahısı dərc olunacaq”
Mərkəzi Seçki Komissiyasında seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi müzakirəyə çıxarılıb. Seçki məntəqəsi açıldıqdan sonra istənilən şəxs səsvermə prosesini veb-kameralar vasitəsilə izləyə biləcək. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısının dərc edilməsi barədə qərar verilib. Həmin seçki-məntəqələrinin siyahısı MSK-nın saytında yerləşdiriləcək. Bəzən fikirlər səslənir ki, veb-kameralar qoymaqla seçicilər qorxudulur. Bu, absurddur”, – deyən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, dünyanın böyük şəhərlərinə, küçələrə veb-kameralar quraşdırılır: MSK sədri Məzahir Pənahov bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb. 86 min 490 müşahidəçi dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Bundan başqa, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən ümumilikdə 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.
Fuad Sadıqov Vusal Bayramov APA TV