Vəfat edən şəxsin vəsiyyəti olmadıqda miras kimə qalmalıdır?

 

Azərbaycanda vərəsənin seçilməsi, ailə içində malın bölünməsi, mirasın kimə çatacağı adətən ailə üzvləri arasında razılaşma ilə öz həllini tapır, ya da vəfat edən şəxs mirasını kimə vəsiyyət edirsə, mülk ona çatır. Vərəsə olmadığı təqdirdə isə ailə üzvləri arasında müəyyən problemlər yaranır. Bəs şəxs vəfat edəndə heç bir vəsiyyətnamə qoymursa, miras kimə qalır? Hüquqşünas Cəlal Abdullayev bildirir ki, vərəsələrin sayı birdən çox olduqda miras və ya əmlak həmin şəxslər arasında bərabər şəkildə bölünür. Hüquqşünas həmçinin bildirir ki, şəxslər vaxtında öz vəsiyyətlərini qeyd edib, notarial qaydada təstiqlətməlidir. Cəlal Abdullayev onu da qeyd edir ki, şəxsin hər hansısa vərəsəsi yoxdursa və ya şəxs mülkdən imtina edirsə, miras dövlətin balansına keçirilir. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI

Müəllif | Apa.Tv
Apa.tv