Velosipedçini maşın vuraraq öldürdü

Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.

 

APA TV-nın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Zaqatala şəhər istiqamətində hərəkətdə olan 1994-cü il təvəllüdlü rayonun 3-cü Tala kənd sakini Elvin Məhəmməd oğlu Ömərov idarə etdiyi “VAZ 2106” markalı 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili ilə velosipedlə hərəkət edən rayon Muğanlı kənd 1972-ci il təvəllüdlü Səlim Əhməd oğlu Əhmədovu vurub.

 

Qəza zamanı velosipedçi Səlim Əhmədov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma araşdırma aparılır.

 

Vüqar Heydərov

Əhməd Fərruxoğlu

APA TV. Zaqatala

Müəllif | Apa.Tv
Apa.tv