Vergi güzəşlərinin ləğvi vergidən yayınmanın qarşısını alacaqmı?
Vergi Məcəlləsinə edilən son dəyişikliklə yanvarın 1-dən etibarən 3-dən az işçisi olan, eləcə də təkbaşına fəaliyyət göstərən mikrosahibkarlar üçün 5%-lik güzəştli vergi dərəcəsi ləğv edilib və 20%-ə qaldırılıb. Ekspertlər deyir ki, bu 5 faizlik güzəştlərdən bir çox sahibkarlar sui-istifadə edib və onun ləğvi bu səbəbdən baş verib. Deputat Vüqar Bayramlı sözügedən məsələyə münasibətində vergi mexanizminin növbəti dövrlərdə təkmilləşdirilməsinin daha məqsədəuyğun olduğunu bildirib. Deputat bildirdi ki, vergi məcəlləsinə edilən son dəyişikliklərdə məqsəd məşğulluğun dəstəklənməsi, xüsusən də gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Bunun üçün də bu istiqamətdə təkmilləşdirilmə aparılmalıdır. İqtisadçı Xalid Kərimli vergilərin artırılmasını, əvəllər verilmiş güzəştlərin ləğvini qeyri-populyar qərar adlandırdı. İqtisadçı onu da bildirdi ki, hökümətin müəyyənləşdirdiyi bu vergi güzəştlərindən istifadə edərək online biznesdən böyük qazanc əldə edən müxtəlif tiktokerlər və bloggerlər çox az vergi ödəyirdilər. Bu kimi məsələlər cəmiyyətə müəyyən suallar və narahatçılıqlar yaradırdı.
AYNUR QARA APA TV