Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi

Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərb Tarixi Muzeyində 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir keçirilib. Tədbir zamanı jurnalistlər Hərb Tarixi Muzeyi ilə tanış olublar. Qeyd edək ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verib. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"də qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılıb. Sovet imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olunub, ordu quruculuğunu başa çatdırmaq mümkün olmayıb. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Tədbir zamanı Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib. Azərbaycan ordusunun təlim və tədris mərkəzinin zabiti, polkovnik-leytenant Şabanov Mübariz Əziz oğlu bildirib ki, Azərbaycan Ordusunun təlim və tədris mərkəzində zabit kimi xidmət edir: Ehtiyatda olan polkovnik Sahib Şahverdiyev deyib ki, Azərbaycan ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır: Polkovnik-leytenant Mövsümov Əsgər qeyd edib ki, xalqımız, ordumuz daim zəfər üçün çalışıb və hazırlaşıb: Azərbaycan Ordusunun polkovnik-leytenantı Elmir Məmmədov deyib ki, İkinci Qarabağ Müharibəsində hərbi təyyarəçi kimi iştirak edib. Bəli, məhz bu siyasətin düzgün davam etdirilməsi nəticəsində bu gün biz qalib Azərbaycanın vətəndaşlarıyıq! Bu qalibiyyət qanımıza, canımıza işləyib. Alnıaçıq, üzüağıq. Bu üzağlığını şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanmışıq. Bu qələbə həm də Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun bəhrəsidir!

Müəllif | Apa.Tv
Apa.tv