Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsinə dair komissiya yaradılıb

Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə qərar imzalayıb.

 

APA TV-nin məlumatına görə, qərara əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb.

 

Komissiyanın tərkibi aşağıdakı kimidir:

 

Komissiyanın sədri

 

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiya sədrinin müavini

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.

 

Komissiyaya tapşırılıb ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.

 

Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir;

 

Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv