Vətən Müharibəsi iştirakçısı olan qardaşlar qəzada xəsarət aldılar

Zaqatalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nail İsmayılovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə “VAZ-2106” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobildə olan rayonun Çobankol kənd sakinləri, iki qardaş - 27 yaşlı Abdulsəməd Mahmudov və 22 yaşlı Abdulhəmid xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv