Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə dəfn edilib.

 

APA TV-nin Qarabağ  bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib.

 

Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib. 

 

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb. 

 

Şəhidin atası Ramiz Ələkbərov isə “Vətən sağ olsun”, - deyir: “Allah elə-obaya dəyməsin, ölkəmizi saxlasın, Prezidentimizi saxlasın. Biz Azərbaycanın Prezidentinin hesabına yaşayırıq, şəhidlərin hesabına, qazilərin hesabına yaşayırıq. Vətən sağ olsun!”

 

Qeyd edək ki, Ələkbər Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv