13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Vətən müharibəsi şəhidi, gizir Orxan Çobanovun döyüş yolu

Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunda dünyaya göz açıb. Əsgərliyini başa vurduqdan sonra Orxan müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.

Şəhidin qardaşı Kamran Çobanov  deyir ki, qardaşı həmişə hərbiyə getmək istəyib: “Qardaşım məktəb vaxtından məktəb vaxtından nümunəvi şagird olub. Əsgərlikdə də nümunəvi əsgər olub. Komandir heyəti tərəfindən təşəkkürnamə alıb. Hərbini çox sevirdi. Həmişə deyirdi hərbiyə gedəcəm. Müharibəni gözləyirdi. Getdi qəhrəman kimi şəhid oldu, torpaqlarımızın işğaldan azad olunması üçün.”

 23 yaşlı döyüşçü ailəsi ilə sonuncu dəfə Sentyabrın 27-si əlaqə saxlayıb savaşa yollandığını bildirib. Piyadaların döyüş maşınında komandir kimi irəli atılan Orxan düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv edib. Qəhrəman döyüşçü sentyabrın 28-i Füzulinin Alxanlı kəndi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalıb. Yaxınları Orxanla fəxr etdiklərini deyirlər:

- Dövlətə bağlı idi. Uşaq yaşlarından hərbço olmaq stəyirdi. Əsgərlikdən qayıtdıqdan sonra gizir kimi xidmətini davam etdirib. Mənə demişdi, mən də dedim özün qərar ver, niyə də olmasın. Biz danışanda çox sevinmişdi. Deyirdi 7-8 kənd almışıq.”

-Həmişə mənə deyirdi ki, şəhid olsam narahat olma. Burda sənin kimi ananın balaları çoxdur. Mən o zaman pis olaram ki, sən pis olarsan. Fəxr edirəm Orxanla

O, göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın