Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal  Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

 

Müəllif | Apa.Tv
Apa.tv