Vətən Müharibəsində şəhid olan hərbi qulluqçu İmişlidə dəfn edilib
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu İmişlidə dəfn olunub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Vətən Müharibəsində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olan 23 yaşlı Cavidan Valeh oğlu Məmmədlinin nəşi ailəsinə təhvil verilib.
Şəhid bu gün İmişli Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Allah rəhmət eləsin!