Vətən müharibəsində şəhid olan kiçik çavuş Sabirabadda dəfn edildi

Vətən müharibəsində şəhid olan kiçik çavuş Sabirabadda dəfn edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan kiçik çavuş, MAHHXHQ, 20 yaşlı Anar Siyavuş oğlu Nurullayev  Sabirabad rayonunun Osmanlı kəndində dəfn edilib. Dəfn mərasimində Sabirabad RİH-in nümayəndələri, kənd sakinləri, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər. 

Qeyd edək ki, Anar Nurullayev sentyabrın 30-da Talış kəndi istiqamətində gedən döyüşlərdə  şəhid olub. Onun nəşi bir müddət əvvəl tapılaraq DNT analizi ilə müəyyən edildikdən sonra yaxınlarına verilib.                          

Allah rəhmət  eləsin!

Müəllif | Apa.Tv
Apa.tv