Vətən müharibəsində şəhid olmuş Ələkbər Musayev Cəlilabadda dəfn edildi

Vətən müharibəsində şəhid olmuş hərbçimizlə Cəlilabadda vida mərasimi keçirilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib. O, doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində bu gün torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və sakinlər iştirak edib.

Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə təhvil verilib. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. 

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.

 

Müəllif | Apa.Tv
Apa.tv