Vətən müharibəsinin iştirakçısı olan polkovniki maşın vurub öldürüb
Ötən gün Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs ehtiyatda olan zabit olub.
APA TV xəbər verir ki, yol qəzasında ölən 1982-ci il təvəllüdlü Şöhrət Namazov 2016-cı ilin aprel döyüşləri və Vətən müharibəsində iştirak edib.
Polkovnik-leytenant Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılıb.
Qeyd edək ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.
Piyada xəstəxanaya aparılarkən yolda keçinib.