Vətəndaşlar nəyi problem kimi görür? - SORĞU KEÇİRİLDİ

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib.

APA TV xəbər verir ki, keçirilən cari sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib. Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Problemlər və gözləntilərə dair də ictimai rəy öyrənilib. Sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub. Respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymətlərin bahalaşması (59,0%), narkomaniya (47,6%), süni qiymət artımının tənzimlənməməsi (46,7%) məsələlərini qeyd edib.

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv