Vilayət Eyvazov: "Tibbi maskadan istifadə etməyən 17 820 nəfər cərimələnib"

 

Karantin rejimi dövründə tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.

 

APA TV-nin məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

 

O bildirib ki, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb, onlardan 788 nəfəri həbs edilib, 193 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.

Müəllif | Apa.Tv
Apa.tv