Vilyam Hacıyev neçə il həbs oluna bilər?

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

APA TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov çıxış edib.

 

Prokuror Vilyam Hacıyevin verilmiş ittihamlarla təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 13 il azadlıqdan məhrum olunmasını istəyib.

 

Bundan başqa, sabiq icra başçının üzərinə həbs qoyulmuş 6 milyon 300 min manatlıq əmlakının da dövlət nəfinə müsadirə olunması istənilib.

 

Proses iyulun 8-də davam etdiriləcək.

 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv