“Vor Mahir” ləqəbli narkotacir tutuldu - QOBUSTANDA

Paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbli narkotacir saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanılıb.

 

Onun mənzilinə baxış keçirilən zamanı ev sahibinə məxsus ümumi çəkisi 540 qram marixuana aşkar edilərək götürülüb.

 

Araşdırma zamanı Mahir Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan Elman Nərimanova da narkotik vasitələr satdığı məlum olub.

 

 

Qeyd edək ki, Mahir Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbi ilə tanınır. Saxlanılan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib

 

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv