Vüqar Bayramov: “Bütün hallarda gəlirlər vergidən azaddır”
Vüqar Bayramov: “Bütün hallarda gəlirlər vergidən azaddır” – APA TV “ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər bu ildən vergiyə cəlb edilmir. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşib və hüquqi bazası formalaşıb. Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.
AYNUR QARA APA TV