Vurduğu qadını xəstəxanaya çatdıra bilmədi - GƏNCƏDƏ

Gəncədə avtomobilin vurduğu piyada ölüb.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

“Toyota-Prado” markalı minik maşını yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Sevil Babayevanı vurub.

Sürücü ağır xəsarətlər alan qadını xəstəxanya apararkən o, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv