“Whatsapp”dan yenilik – MAY AYINDAN TƏTBİQİNƏ BAŞLANILACAQ
Yanvar ayında gizlilik siyasətinə dəyişiklik etmək istəyən “Whatsapp” istifadəçilərin narazılığı və digər platformalara keçməsi səbəbindən geri addım atmaq məcburiyyətində qalmışdı.
APA TV Lent.az-a istinadən bildirir ki, indi isə şirkət 15 may tarixində yenidən dəyişiklik edəcəyini açıqlayıb.
Yeni gizlilik siyasəti ilə “Whatsapp” məlumatları “Facebook”a inteqrasiya edəcək. Verilən qərar ilə razı olmayan istifadəçilərin hesabları silinəcək. Silinən hesabları birdəfəlik silməyəcəyini bildirən şirkət, yenidən geri qayıda bilmələri üçün istifadəçilərin hesabını 120 günük “zibil qutusunda” saxlayacaq. Yəni istifadəçi qərarı rədd etdikdən sonra 120 gün vaxtı olacaq ki, hesabı yenidən aktivləşdirə bilsin.