"WhatsApp"ın işində problem yaranıb

Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda internet istifadəçilərinin “WhatsApp”dan istifadəsində problem yaranıb.

 

APA TV-nin “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər messencerə daxil ola və xidmətlərdən istifadə edə bilmirlər.

 

Problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv