Xaçmaz polisi əməliyyat keçirdi – EVDƏN AVTOMAT TAPILDI

Xaçmaz rayon sakinindən silah götürülüb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı Namiq Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv